Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Özbəkistan və Rusiya miqrantların işə götürülməsi qaydasını izah edən məlumat materialları hazırlayacaqlar. Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb.Məlumata görə, Özbəkistanın Rusiyadakı səfirliyinin əməkdaşları bu ölkənin Əmək və Məşğulluq Federasiyası (“Rostrud”) rəhbərinin müavini İrina Zubkova ilə görüşüblər.Müzakirə zamanı Özbəkistandan əmək miqrantlarının cəlb edilməsinin mövcud vəziyyəti və perspektivləri, o cümlədən əmək miqrasiyasının tənzimlənməsi üzrə mövcud mexanizmlərin optimallaşdırılması müzakirə edilib.Qeyd edək ki, tərəflər Özbəkistan-Rusiya hədəf auditoriyası üçün birgə informasiya məhsulları hazırlayır. “Rusiyada işləmək” platforması çərçivəsində aşağıdakı əməkdaşlıq məsələləri nəzərdən keçirilib:İnformasiya sistemlərinin inteqrasiyası;Özbəkistanın Miqrasiya Agentliyinin nümayəndəliyinin şəxsi ofisinin yaradılması;Əcnəbi vətəndaşların işə götürülməsi üçün əsas tələblərin və prosedurların izahı üzrə birgə məlumat materiallarının hazırlanması.Anar Əliyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.