AZ

Həmkarının həyat hekayəsi onu sarsıtdı: Leyli Məhərrəm Söz filminin çəkilmə tarixçəsindən danışdı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Baku TV"-nin əməkdaşı Ələkbər Nəsirovun həyatı rejissor Leyli Məhərrəmi dərindən təsirləndirib və bu, "Söz" filminin ərsəyə gəlməsinə səbəb olub.

Bu barədə rejissor Oxu.Az-a açıqlamasında məlumat verib.

O bildirib ki, filmin ideyası məhz həmkarının yaşantılarından doğub və layihəni televiziya rəhbərliyinə təqdim edərkən dərhal müsbət reaksiya alıb.

"Ələkbər Nəsirovun həyat hekayəsi məni o qədər təsirləndirdi ki, gecə-gündüz bu fikirlə yaşayır, ssenarini beynimdə qururdum. Filmdə 44 günlük Vətən müharibəsi və ondan sonrakı emosional vəziyyət məhz onun dilindən təqdim olunur", - deyə Leyli Məhərrəm bildirib.

Rejissor filmin beynəlxalq festivallarda nümayişinin də əhəmiyyətini vurğulayıb:

"Bu cür festivallar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mümkündür və bu, olduqca vacibdir".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
oxu.az

1Mənbələr