Mərdəkanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Daşıyıcı şirkətlərdən birinin kuryerinin idarə etdiyi motosiklet tırla toqquşub, hadisə nəticəsində kuryer yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi isə motosiklet sürücülərinə xəbərdarlıq edib.
İdarədən “Xəzər Xəbər”ə bildirilib ki, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, sürət həddinin aşılması, təhlükəli manevrlər, işıqforun qırmızı işığında keçmə və digər qayda pozuntularına qarşı nəzarət gücləndirilib.
“Bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına təhlükə yaratmamağa çağırırıq", - deyə nazirliyin məlumatına bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.