
Dağıstanın Mağaramkənd rayonunda 270-dən çox insan bağırsaq infeksiyası əlamətləri ilə həkimə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublikanın səhiyyə naziri Yaroslav Qlazov məlumat yayıb.
Bildirilib ki, onların əksəriyyəti uşaqlardır:
“Mən şəxsən Mağaramkənd rayonunda bağırsaq infeksiyası olan xəstələrə tibbi yardım göstərilməsini yoxladım. Bu məqsədlə bu gün rayona gəldim, rayon xəstəxanasının şöbələrində gəzdim, həkim və xəstələrlə görüşdüm. Daha sonra Mağarəmkənd rayon icra hakimiyyətinin binasında infeksiyanın yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi üçün əməliyyat qərargahı qurulub. Son iki gündə burada qastroenterit əlamətləri ilə 274 nəfər qeydiyyata alınıb ki, onlardan 270-i uşaqdır”.