Çində diri ilan balığı kişinin bağırsaqlarını dişləyib və onun mədəsi ətrafında üzməyə başlayıb.
Editor.az bu barədə Oddity Central-a istinadla yazır.
Məqalədə deyilir: “Kişinin qarnının KT müayinəsi onun mədəsini deşərək qarın boşluğuna yerləşdiyi görünən yad cisim göstərdi”.
Nəşrin məlumatına görə, xəstənin qarnı çox sərt olub. Həkimlər peritonitdən qorxaraq təcili laparoskopik əməliyyat keçirməyə qərar veriblər. Onun qarın boşluğunu yoxlayanda adamın orqanları arasında diri bir ilan balığının üzdüyünü görəndə şoka düşüblər.
O, əməliyyatdan sonra tez sağalıb və xəstəxanadan buraxılıb. İlan balığının kişinin mədəsinə girməsinin səbəbi hələlik məlum deyil.
//Gülnarə Abasova, Editor.az