Braziliya yığmasının çalışdırıcısı Karlo Ançelottinin oğlu Davide də atasının yollandığı ölkədə qərar tutub.
35 yaşlı məşqçi “Botafoqo”da işləyəcək. Rio de Janeyro klubunun rəsmi saytı onunla müddəti 2026-cı ilin dekabrına qədər nəzərdə tutulan müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Davide Ançelotti indiyədək atasının rəhbərlik etdiyi “Real”da, sonra isə Braziliya millisində məşqçilər heyətində çalışıb.
“Botafogo” iyunun 30-da portuqaliyalı mütəxəssis Renato Payvanın baş məşqçi vəzifəsindən azad olunduğunu elan etmişdi. Bu qərar klubun Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində “Palmeyras”a 0:1 hesablı məğlubiyyətindən sonra verilmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta