AZ

Ermənistanda Rusiya kanallarının bağlanması tələbi ilə aksiya keçirilib

Ermənistanda Rusiyaya qarşı növbəti etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Rusiya telekanallarının ictimai multipleksdən və kabel yayımından çıxarılmasını, həmçinin “Sputnik Ermənistan” informasiya agentliyinin fəaliyyətinin qadağan olunmasını tələb ediblər.

KONKRET.az xəbər verir ki, etiraz aksiyası Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin binası qarşısında baş tutub. Aksiyanı “Respublika naminə” partiyasının üzvləri və tərəfdarları təşkil ediblər.

Partiyanın sədri Arman Babacanyan bildirib ki, Rusiya kanallarında Ermənistanı təhqir edən ifadələr səsləndirilir və bu kanallar ölkədə yayılmamalıdır. Partiyanın sədr müavini Ruben Meqrabyan isə “Sputnik Ermənistan”ın fəaliyyətinin də qadağan edilməsinə çağırıb.

Etirazçılar əllərində “Düşmən kanallara yox!”, “Rus nifrət dilinə yox!”, “Rus təbliğatına yox!”, “Rusiya, sus!” kimi şüarlar yazılmış plakatlar daşıyıblar və eyni məzmunlu şüarlar səsləndiriblər.

Natiq Səlim,
KONKRET.az

Seçilən
10
konkret.az

1Mənbələr