AZ

"Ənsar Allah"Yunanıstan gəmisinə hücuma görə məsuliyyəti üzərinə götürdü

BAKI, 9 iyul. TELEQRAF

Yəmənin "Ənsar Allah" hərəkatı Qırmızı dənizdə batmış Yunanıstana məxsus "Eternity C" yük gəmisinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Yəhya Sariyanın verdiyi açıqlamada qeyd olunub.

"Yəmən donanması işğal altındakı Fələstinin Umm ər-Rəşraş (İsrailin Eilat limanı - red) limanına gedən "Eternity C" gəmisinə zərbələr endirib. Hücum pilotsuz qayıqdan, həmçinin altı qanadlı və ballistik raketdən istifadə edilərək həyata keçirilib", - hərəkatın nümayəndəsi bildirib.

Seçilən
52
teleqraf.com

1Mənbələr