AZ

Sloveniya klubunun futbolçusu: Həm fiziki, həm də taktiki baxımdan yeni mövsümə hazırıq

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Selye" həm taktiki, həm də fiziki cəhətdən "Sabah"la matça hazırdır".

Oxu.Az xəbər verir ki, bunu "Selye"nin (Sloveniya) futbolçusu Mark Zabukovnik UEFA Avropa Liqası matçından öncə mətbuat konfransında deyib.

Futbolçu qələbə qazanmağa çalışacaqlarını bildirib:

"Həm fiziki, həm də taktiki baxımdan yeni mövsümə hazırıq. Oyuna tam hazır olduğumuzu düşünürəm. Bir-birimizi yaxşı tanıyırıq. Qələbə qazanmağa çalışacağıq. Düzünü desəm, "Sabah"la rəqib olmadan öncə Azərbaycan futbolu haqqında heç bir məlumatım yox idi. Amma hazırda rəqib haqqında bütün məlumatı əldə etmişik və bu görüşə yaxşı hazırlaşmışıq".

Qeyd edək ki, "Sabah" Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Selye" klubu ilə üz-üzə gələcək. İlk görüş iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq. Cavab görüşü isə iyulun 17-də keçiriləcək.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
oxu.az

1Mənbələr