AZ

Çelye nin futbolçusu: Sabah la oyuna tam hazırıq

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Çelye"nin yarımmüdafiəçisi Mark Zabukovnik Avropa Liqası 1-ci təsnifat mərhələsinin "Sabah"la ilk matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az 24 yaşlı sloveniyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Komanda yeni mövsümə hazırdır?

- Qısa olsa da, hazırlıq prosesini uğurla başa vurduq. Həm fiziki, həm də taktiki cəhətdən yeni mövsümə hazırıq.

- Komandada ab-hava necədir?

- Hər şey yaxşıdır. Həm meydanda, həm də meydandan kənarda komanda olaraq bir-birimizə çox yaxşı uyğunlaşmışıq. Sabahkı oyuna tam hazırıq. Yaxşı nəticə əldə etmək üçün bacardığımız hər şeyi ortaya qoyacağıq.

- Azərbaycan futbolu ilə bağlı məlumatlarınız var idi?

- "Sabah"la rəqib olmazdan əvvəl məlumatım yox idi. Amma püşkdən sonra rəqibimiz haqda məlumatlar toplamağa başladıq. "Sabah"ın güclü və zəif tərəflərini təhlil etmişik.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
sportal.az

2Mənbələr