AZ

Oğul anasını yandıraraq öldürüb - Mərhumun qızı hadisə barədə danışıbVİDEO

Abşeron rayonunda oğul anasını yandıraraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, dəhşətli hadisə Hökməli qəsəbəsində baş verib.

İddialara görə, Abdulrəhman Həsənli aralarında yaranmış münaqişə zəmnində anası Gülbəs Həsənovanı yaşadıqları evdə yandırıb.

Vəfat edən şəxsin qızı Fatimə Həsənli "Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edib. O deyir ki, qardaşı uzun müddətdir narkotik aludəçisi imiş.

Mərhumun qızının sözlərinə görə, hadisə zamanı qardaşı ilk olaraq evi, sonra isə anasını yandırıb.

Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Abdurrəhman Həsənli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan "Xəzər Xəbər"ə bildirildi ki, Abşeron rayonu, Hökməli qəsəbəsinin sakini Gülbəs Həsənovanın almış olduğu yanıq xəsarətlərindən iyulun 7-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi istintaq olunur. Hazırda araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
25
xezerxeber.az

10Mənbələr