Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və daşınmaz abidələrin pasportunun nümunəvi forması təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Daşınmaz abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şuşa şəhərinin ərazisində yerləşən daşınmaz abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (qurumu) həyata keçirir.
Daşınmaz abidənin pasportu bu Qaydalara uyğun olaraq verilən və müvafiq olaraq "Daşınmaz abidələrin pasportunun nümunəvi forması"nda göstərilən məlumatları özündə əks etdirən vahid sənəddir.
Pasport Azərbaycanın mülkiyyətidir və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olunmaqla onda dəyişiklik edilməsinə yol verilmir.