Türkiyənin rəsmi qəzetində yayımlanan qərara əsasən, 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə bir sıra ictimai nəqliyyat xətləri pulsuz fəaliyyət göstərəcək.
News24.az xəbər verir ki, qərara görə, həmin gün Başkentray, Marmaray, İZBAN, Sirkeci–Kazlıçeşme Dəmir Yolu Sistemi və Gayrettepe–İstanbul Hava Limanı–Arnavutköy Metro Xətti sərnişinlər üçün ödənişsiz olacaq.
Qərar prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə rəsmi olaraq təsdiqlənib.
Xeyrənsə Piriyeva