AZ

Makronun Midltona göz vurması tənqid olundu

Fransa Prezidenti Emmanuel Makronun Birləşmiş Krallığa dövlət səfəri çərçivəsində Kembric hersoginyası Keyt Midltonla təmasları sosial şəbəkələrdə və bəzi mediada birmənalı qarşılanmayıb.

Xüsusilə, Makronun rəsmi şam yeməyində Keytə guya "göz vurması" və hava limanında onun əlini öpməsi bəziləri tərəfindən diplomatik həddi aşmaq kimi qiymətləndirilib.

Avropa diplomatiyasında jestlərin əhəmiyyəti böyükdür. Lakin söhbət kral ailəsindən gedirsə, burada hər bir davranışın simvolik anlamı olur və bu, həm etiket qaydaları, həm də ictimai qəbul baxımından diqqətlə ölçülüb-biçilməlidir. Makronun jestləri fransız siyasi üslubunda normal sayıla bilər, ancaq Britaniya protokoluna görə daha çox ehtiyatlılıq gözlənilirdi.

Əl öpmək, göz vurmaq, ya da jestlərlə simpatiya ifadə etmək Avropa monarxiyaları üçün yersiz dramatikliyə səbəb ola bilər. Xüsusilə Keyt Midltonun sağlamlıqla bağlı uzunmüddətli ictimai fasiləsindən sonra ilk dəfə bu qədər ön planda görünməsi fonunda Makronun jestləri əks-mənalar doğurub. Belə hallarda şəxsi cazibədarlıqdan çox dövlət məsuliyyəti ön planda tutulmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
30
milli.az

1Mənbələr