AZ

İsrail ordusu yeni hərbi əməliyyatlara başladı - Beyt Hanun mühasirəyə alındı

BAKI, 9 iyul. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında yerləşən Beyt Hanun şəhərini mühasirəyə almaq üçün yeni hərbi əməliyyata başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə IDF-in mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

162-ci diviziyanın komandanlığı altında fəaliyyət göstərən Givati Briqadasının döyüş qrupu 99-cu diviziya ilə birləşərək, şəhərin mühasirəyə alınması istiqamətində hərəkətə keçib.

“Əməliyyatın məqsədi bölgədə fəaliyyət göstərən qrupu zərərsizləşdirmək, eləcə də HƏMAS-a məxsusinfrastrukturu və hərbi potensialı məhv etməkdir”, - deyə rəsmi açıqlamada bildirilir.

Hazırda ərazidə döyüşlərin davam etdiyi və əməliyyatın gedişatına dair əlavə məlumatların veriləcəyi gözlənilir.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr