AZ

Rusiyadan Azərbaycana qarşı daha bir addım: Bunu qadağan edəcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) 11 iyul 2025-ci ildən etibarən Azərbaycanın ALLBUYMILK PRODUCTS şirkətlərinin bütün növ süd məhsullarının idxalına qadağa tətbiq edəcək.

Bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.

Qadağaya səbəb adıçəkilən iki şirkətin Rusiyadan gəlmiş müfəttişlərə məhsullarının yoxlanması üçün icazə verməməsidir. Rosselxoznadzor bu addımı istehsalçılardan müfəttiş yoxlamasını rədd etmələri ilə izah edib.

Hazırda məhsulların Rusiya bazarına nə zaman geri dönə biləcəyi barədə dəqiq tarix açıqlanmayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
45
editor.az

1Mənbələr