AZ

"Barselona" "Çelsi"nin hücumçusunu istəyir

"Barselona" hücum xəttində seçim imkanlarını artırmaq niyyətindədir.

90deqiqe.Az-ın “Fichajes”ə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu bu istiqamətdə müxtəlif variantları nəzərdən keçirir və diqqətini "Çelsi"nin hücumçusu Nikolaz Ceksona yönəldib.

24 yaşlı forvardın London təmsilçisindəki mövqeyi son transferlər – Liam Delap və Joao Pedronun heyətə cəlb olunmasından sonra zəifləyib. Bu isə seneqallının klub dəyişməsini gündəmə gətirə bilər.

"Barselona" futbolçunu icarəyə götürməyi düşünür. Bildirilir ki, La Liqa nəhəngi hücumçunu yaxından izləyir, lakin tərəflər arasında hələlik rəsmi danışıqlar başlanmayıb.

Qeyd edək ki, Nikolaz Cekson "Çelsi"nin heyətində indiyədək 81 oyunda meydana çıxıb. Bu görüşlərdə 30 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
38
90deqiqe.az

1Mənbələr