Fransanın "Lion" klubu növbəti mövsümdə də Liqa 1-də iştirak edəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Milli Klublara Nəzarət və İdarəetmə Direktorluğu (DNCG) "Lion"un apellyasiya müraciətini qəbul edərək komandanın elitada qalmasına qərar verib.
Klubun açıqlamasında qeyd olunub:
"Bu gün verilən qərar 'Lion'a olan inamın bərpası yolunda ilk addımdır. Artıq diqqətimizi idman məqsədlərinə yönəldə və növbəti mövsümə tam hazır şəkildə başlaya bilərik."
Xatırladaq ki, maliyyə problemləri səbəbilə "Lion"un Liqa 1-dəki statusu sual altına düşmüşdü.