AZ

Türkiyədə Grok süni intellekti bloklanıb

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə İlon Maskın sahibi olduğu "xAI" tərəfindən hazırlanmış "Grok" süni intellekti bloklanıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin "Cumhuriyet" nəşri məlumat yayıb.

Bloklanmaya əsas kimi Türkiyədə prezidenti təhqir etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun müddəalarının pozulması göstərilib.

Türkiyə qanunvericiliyinə görə, bu cür hərəkətlər dörd ilə qədər həbslə cəzalandırıla bilər. Bloklama qərarı Ankara Respublika Prokurorluğunun təşəbbüsü ilə qəbul edilib və Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
1
oxu.az

2Mənbələr