Argentina millisinin və bir sıra aparıcı klubların sabiq hücumçusu Karlos Tevez ölkəsində fəaliyyət göstərən "Atletiko Talyeres" klubunun baş məşqçisi təyin olunub.
Publika.az xəbər verir ki, 41 yaşlı mütəxəssisin qarşısına qoyulan əsas məqsəd komandanın Argentina çempionatının yüksək divizionundan düşməsinin qarşısını almaqdır. Hazırda "Atletiko Talyeres" B qrupunda 14-cü pillədə qərarlaşıb.
Tevez bu posta baş məşqçi Dieqo Kokka və onun bütün məşqçi heyətinin istefasından sonra gətirilib. Bu, Tevezin peşəkar məşqçilik karyerasında yeni mərhələ sayılır.