AZ

Reynildo Mandava rəsmən “Sanderlend”də

Madrid “Atletiko”sundan ayrılan mozambikli sol cinah müdafiəçisi Reynildo Mandava bundan sonra “Sanderlend”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sanderlend”in rəsmi saytına istinadən məlumat verir.

Reynildo “Sanderlend”lə 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Qara pişiklər” mozambikli futbolçunu Madrid “Atletiko”sundan azad agent qismində əldə ediblər.

Reynildo karyerası ərzində “Ferrovariu di Beyra”, “Deşportivu di Maputu”, “Benfika”nın “B” komandası, “Fafi”, “Belenenseş”, “Lill” və Madrid “Atletiko”sunda çıxış edib.

2024/2025-ci illər mövsümündə Reynildo “döşəkçilər” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 30 oyun keçirib.

Reynildo 2014-cü ilin may ayında debüt etdiyi Mozambik yığmasının heyətində 40 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Reynildo Mandava böyük futbolda iki qənimət qazanıb. Mozambikli futbolçu “Lill” ilə Fransa Liqa 1-in (2020/2021) və Fransa Super Kubokunun (2021/2022) qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı mozambikli sol cinah müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
54
arena.az

1Mənbələr