AZ

Ağdamda yol qəzasında xəsarət alanların 19 nəfəri evə buraxıldı

AĞDAM, 9 iyul. TELEQRAF

Ağdam-Füzuli avtomobil yolunda xəsarət alanların 19 nəfəri evə buraxılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Ağdam Mərkəzi Rayon Xəstəxanasının Təcili-tibbi yardım şöbəsinin müdiri Nofəl Zeynalov bildirib.

Onun sözlərinə görə, iyulun 9-da saat təqribən 09: 10 radələrində Ağdam Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsinə 19-u qadın 2 kişi olmaqla 21 nəfər avtoqəza nəticəsində xəsarətlə müraciət edib:

"Gələrkən ilkin şikayətləri bədənin müxtəlif nayihələrinin kəsilmiş yarası, texniki yanıqlar və küt travmaları idi. Xəstələrə ilkin müdaxilələr olundu, yara sahələri bincili tikildi, yanıq sahələrinə sarğılar olundu. Daha sonra xəstələr digər müayinələri göndərildikdən sonra 19 nəfəri evə buraxılıb. Digər 2 xəstə isə Goranboy Rayon Xəstəxanasına kompyuter tomoqrafiyasına göndərilib".

Seçilən
37
teleqraf.com

1Mənbələr