Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi ölkənin Baş Naziri Denis Şmıqalın istefasını hazırlayır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün Telegram kanalında bildirib.
Deputat qeyd edib ki, Şmıqal istefaya göndərilmək istənir, amma bu addım parlamentin hərbi xərclərin artırılması barədə qanun layihəsini qəbul etməsinə təsir etməsin deyə bütün tədbirlər görülür. Bu səbəbdən, hökumət versiyası olan qanun layihəsi artıq müvafiq komitədə birinci oxunuşda təsdiqlənib, deyə Zheleznak əlavə edib.
“Baş nazir istefaya göndərildikdə, hökumət də istefaya gedir və səlahiyyətlərini dayandırır. Bu isə o deməkdir ki, parlamentdə birinci oxunuşdan keçməmiş bütün hökumət qanun layihələri də geri çağırılır,” — deputat izah edib.
O, həmçinin xatırladıb ki, ölkədə hərbi vəziyyət müddətində hökumətin səlahiyyətlərinin dayandırılması qadağandır.