İsrail hərbi qüvvələri erkən saatlarda Fələstinin Qəzza Zolağı regionuna aviazərbələr endirib.
Hansı mövqelərin vurulduğu və insan itkisinin olub-olmadığı hələlik məlum deyil.
Sonuncu aviazərbələrdən biri 51 nəfərin ölümünə səbəb olub.
İsrailin 21 aydır ki, Qəzzanı bombalaması nəticəsində 57 mindən çox insan ölüb.
İsrail hərbi komandanlığı yüz minlərlə Qəzza əhalisini Misirlə sərhəddə qapalı zonaya təxliyə etmək planı niyyətini açıqlayıb.
Xatırladaq ki, 2023-cü ildə HƏMAS İsrailə hücum edərək 1200 nəfəri öldürdükdən və 250 nəfəri girov götürdükdən sonra İsrail hərbi qüvvələri bu qruplaşmaya qarşı yerüstü və havadan əməliyyatlara başlayıb.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün İsrail rəhbərliyinə təzyiq göstərir.
Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında ötən gün baş tutan görüşdə də bu məsələ müzakirə olunub.
Tramp İsrail-HƏMAS müharibəsi ilə bağlı şərhlərindən birində hər iki tərəfi təhqir edən söz işlədib.
O tərəflərin atəşkəsə razı olduğunu və həftə ərzində buna nail ola biləcəklərini desə də, Netanyahu görüşdən sonra vəziyyəti şərhində Qəzzada hələ görməli işlərinin olduğunu bildirib.
“Biz HƏMAS-ın hərbi qabiliyyətlərini məhv etməliyik. Qəzzanın fərqli gələcəyi olmalıdır. Heç bir ölkə əldə etmək istədiyi məqsədlərin daha azına qane olmaz. Biz də olmayacağıq” – deyə Netanyahu vurğulayıb.
İsrail hərbi qüvvələri HƏMAS-la atəşkəs şərtlərinin 90 faizinə dair razılığa gəldiklərini bildiriblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta