Bakı.Trend:
8-9 iyul tarixlərində Azərbaycan nümayəndə heyəti TürkiyəninAnkara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzvdövlətlərinin Turizm nazirlərinin 10-cu toplantısında və işçiqrupun 20-ci görüşündə iştirak edib.
Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumatverilib.
Toplantıda çıxış edən Dövlət Turizm Agentliyinin sədri FuadNağıyev təşkilatla turizm sahəsi üzrə əməkdaşlığın gücləndirilməsiistiqamətində atılan intensiv addımlar, Azərbaycanın ev sahibliyietdiyi TDT iclas, konfrans və görüşləri haqqında ətraflı məlumatverib.
Fuad Nağıyev son illərdə təşkilata üzv olan dövlətlərləAzərbaycan arasında əlaqələrin daha da genişləndiyini vurğulayaraqturizm üzrə statistik göstəricilərdən bəhs edib.
Tədbir zamanı iclas iştirakçılarına Azərbaycanın turizmpotensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib.
Bununla yanaşı, TDT dövlətlərinin iştirakı ilə “Vahid MuzeyKartı”nın yaradılması təşəbbüsü səsləndirilərək üzv ölkələrtərəfindən təqdim ediləcək konsepsiyalar əsasında layihənin həyatakeçirilməsi təklifi müzakirə edilib.
İclas çərçivəsində “Türk Dövlətləri Təşkilatının üzv dövlətləriarasında turizm sahəsində əməkdaşlıq haqqında AnlaşmaMemorandumu”nun imzalanma mərasimi keçirilib.