AZ

Rusiya çətin durumda: 3 ölkəyə üz tutdu – Razılıq aldı

"Rusiyaya Hindistandan bir milyon əmək miqrantı gələ bilər".

Olaylar.az xəbər verir ki, bu barədə Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin Hindistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfirinin bəyanatına istinadən məlumat verib.

"Region sənayesində işçi çatışmazlığı probleminin həllinin məhz Hindistan, Şri-Lanka və Şimali Koreyadan olan miqrantların cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılır. Yeni Dehli ilə cari il ərzində Sverdlovsk vilayəti üçün işçilər də daxil olmaqla, bir milyona yaxın işçinin tədarükü barədə razılıq əldə olunub", - deyə o bildirib.

Bundan əlavə, qeyd olunub ki, adıçəkilən ölkələrdən olan əmək miqrantları ilə qarşılıqlı əlaqə çətin olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr