AZ

RUSİYA LUTSKA DRONLARLA HÜCUM EDİB » AzadMedia.az

RUSİYA

Rusiya hərbi qüvvələri Ukraynanın Lutsk şəhərinə raketlər və dronlarla hücum edib.
Lutskda Ukrayna ordusunun bir neçə hava limanları yerləşir.
Həm qırıcılar, həm də karqo təyyarələri rutin olaraq bu hava limanlarından istifadə edirlər.

Eyni zamanda, Ukrayna hərbi qüvvələri Rusiyanın Kursk regionuna dronlarla hücum edib.
Rusiyalı rəsmilər hücumlar nəticəsində 3 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildiriblər.
Yaralılar arasında 5 yaşlı uşaq da var.

İki ölkə arasında müharibə 3 ildən artıqdır ki, davam edir.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp müharibəni dayandırmağa cəhd göstərsə də, bu istiqamətdə indiyə kimi konkret nəticələr əldə etmək mümkün olmayıb.

Tramp rusiyalı həmkarı Vladimir Putinlə atəşkəs və sülhə dair sonuncu telefon danışığını şərh edərkən Putinin ona cəfəngiyyat danışdığını dilə gətirib.
Qeyd edək ki, Ağ Ev lideri daha əvvəl Ukraynaya Patriot və digər bir sıra vacib silahların verilməsini dayandırsa da, bir qədər sonra bu fikrindən daşınıb.
O, Ukraynaya özünü müdafiə etmələri üçün silah verəcəklərini deyib.

Seçilən
9
1
azadmedia.az

2Mənbələr