“Şamaxı” klubu daha bir futbolçu ilə vidalaşıb. Msport.az xəbər verir ki, əyalət təmsilçisi müdafiəçi Səbayıl Bağırovla müqaviləyə qarşılıqlı razılıq yolu ilə xitam verilib.
30 yaşlı müdafiəçi 2024-cü ilin yanvarında “Turan Tovuz”dan “Şamaxı”ya keçmişdi.