Bakının Abşeron rayonu, Höküməli qəsəbəsində yaşayan Abdulrəhman Həsənli anası Gülbəz Həsənovanın üzərinə benzin tökərək yandırıb. Qadın aldığı xəsarətlərdən 1 həftə sonra Buzovna 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yanıq şöbəsində vəfat edib.
Mərhumun qızı Fatimə Həsənli "Xəzər Xəbər"ə bildirib ki, qardaşı pis vərdişlərin aludəçisi olub. Həmin günü isə anası ilə qardaşı mübahisə edibmiş. Hadisə də mübahisədən sonra baş verib. Hazırda Abdulrəhman Həsənli hüqüq mühafizə orqanları tərəfindən saxlanılıb.
Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.