AZ

"Birkart BOKT" istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb edir

"Birkart BOKT" istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb edir.

Marja xəbər verir ki, kredit təşkilatı hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar buraxıb.

İstiqrazlar üzrə illik faiz dərəcəsi 11.5 faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 il müddətində ) hər 30 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödəniləcəkdir. 

 

Birkart BOKT
Seçilən
2
marja.az

1Mənbələr