AZ

Azərbaycanı Universiadada 13 cüdoçu təmsil edəcək

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 23–26-da Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində Ümumdünya Universitet Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.

Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə Azərbaycanı 13 çəki dərəcəsində 13 idmançı (7 kişi, 6 qadın) təmsil edəcək.

Qadınlardan Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kilqoram), Aytac Qardaşxanlı (70 kiloqram), Nərmin Əmirli (78 kiloqram), Nigar Süleymanova (+78 kiloqram) güclərini yoxlayacaqlar. Kişilər arasında isə Babarəhim Mirzəyev (60 kiloqram), Nazir Talıbov (66 kiloqram), Nəriman Mirzəyev (73 kiloqram), Mehdi Abbasov (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Davud Namazlı (100 kiloqram), Ramazan Əhmədov (+100 kiloqram) bacarıqlarını nümayiş etdirəcəklər.

Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçulara kişilərdən ibarət millinin böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, Universiadanın cüdo yarışlarında 60 ölkədən 392 idmançı (214 kişi, 178 qadın) qüvvəsini sınayacaq.

 

Seçilən
9
2
azertag.az

3Mənbələr