AZ

Türkiyədə mübahisəli qanun

Ajans.az Türk mediasına istinadən xəbər verir ki,  İqlim dəyişikliyi ilə mübarizə və uyğunlaşma ilə bağlı İqlim Qanunu təklifi Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilərək qanunlaşdı və çərşənbə günü Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə mindi. Hökumətdəki Ədalət və İnkişaf Partiyası (AK Parti) tərəfindən TBMM-yə təqdim olunan təklif 2 iyulda TBMM Ümumi Yığıncağında qəbul edildi. Mübahisəli qanun istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri, planlaşdırma və icra vasitələri, gəlirlər, icazə və nəzarət, eləcə də bunlarla bağlı hüquqi və institusional çərçivənin qayda və prinsiplərini əhatə edir.

İqlim hüququ ilə bağlı “İqlim Ədaləti”, “İqlim Maliyyələşdirilməsi”, “Sıfır Emissiya”, “Ədalətli keçid”, “Birincili bazar”, “Karbon Kreditləri”, “Ödəniş”, “Emissiya Ticarət Sistemi (ETS)”, “Gizli istixana qazı emissiyaları”, “Könüllü karbon bazarları” kimi 39 termin tərif olunur.Dövlət qurumları, həmçinin fiziki və hüquqi şəxslər, ictimai maraq nəzərə alınaraq qəbul edilən tədbir və qaydalara vaxtında əməl etmək və onları həyata keçirmək öhdəliyi daşıyacaq.

Seçilən
1
Ajans.az

1Mənbələr