“İsrail və ABŞ-nin İrana qarşı təcavüzü bütün Yaxın Şərqin təhlükəsizliyi üçün görünməmiş təhlükəyə çevrilib”.
Bakues.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşündə deyib.
Əraqçi İsrail və Amerika rejimlərinin BMT Nizamnaməsini və beynəlxalq hüququ, eləcə də nüvə silahlarının yayılmaması rejimini açıq şəkildə pozan hərbi təcavüzünün bütün Qərbi Asiyanın təhlükəsizliyi və sabitliyinə misli görünməmiş təhlükəyə çevrildiyini vurğulayıb.