AZ

3D çap vasitəsilə orqan toxumalarının yaradılması üsulu təqdim edilib  

3D çap texnologiyası inkişaf edərək tətbiq sahələrini genişləndirir. Honkonq Universitetinin tədqiqatçıları 3D çap və orqanoidlərin kultivasiyası vasitəsilə insan orqanlarının işlək toxumalarının yaradılması üsulunu təqdim ediblər. Tədqiqatçıların məqsədi müəyyən fizioloji funksiyaları yerinə yetirə bilən bioloji strukturlar yaratmaqdır. Hazırda 3D çapda istifadə olunan biomateriallar təbii orqanları tam əvəz etmək üçün zəruri xüsusiyyətlərə malik deyillər. Bu problemi həll etmək üçün mütəxəssislər xəstənin özündən alınmış kök hüceyrələrindən yetişdirilən orqanoidləri istifadə edirlər.

Pasiyentin hüceyrələrindən istifadə genetik uyğunluğu təmin edir və orqan nəqlindən sonra imtina riskini azaldır. Proses ağız boşluğundan götürülən seliyin toplanması ilə başlayır. Hazırkı mərhələdə tədqiqatlar tənəffüs yollarının rekonstruksiyası üzərində cəmlənib. Əsas çətinlik ondan ibarətdir ki, orqanoidləri çap edilmiş struktura elə bir şəkildə inteqrasiya etmək lazımdır ki, bu struktur həm bioloji aktivliyini, həm də mexaniki dayanıqlılığını qoruya bilsin. Yaradılan bu strukturlar yalnız transplantologiyada deyil, həm də dərman preparatlarının xəstə orqanizmi ilə uyğunluğunu yoxlamaq məqsədilə istifadə oluna bilər.

Bu yanaşma onkoloji və genetik xəstəliklərin müalicəsində xüsusilə aktual ola bilər. Layihə Honkonq Universitetinin iştirakı ilə yaradılmış “C2iTech” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr