AZ

İkardinin sevgilisindən sərt reaksiya: “Hamiləykən belə rahat buraxmadınız”

Argentina millisinin və "Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardinin sevgilisi Vaniksa Ferrara sosial media hesabında etdiyi paylaşımda ona qarşı səsləndirilən iddialara sərt şəkildə cavab verib.

Yenisabah.az xəbər verir ki, Ferrara paylaşımında bu sözləri yazıb:

“Siz hamilə bir qadının belə üstünə gedəcək qədər şəxsiyyətsizsiniz. Hamilə olduğumu hər kəs bilirdi, amma yenə də haqqımda iyrənc yalanlar uydurub yaymaqdan çəkinmədiniz. Hamilə olduğumu bəhanə edərək susduğumu bildiyiniz üçün bu fürsətdən istifadə etdiniz. Amma artıq kifayətdir.” pizza mizza

O, yazdığı bu sözlərlə həm medianı, həm də sosial şəbəkələrdə onun əleyhinə danışan şəxsləri hədəf alıb.

Xatırladaq ki, son vaxtlar Mauro İkardinin şəxsi həyatı ilə bağlı müxtəlif iddialar irəli sürülüb. Bu iddiaların hədəfində olan Ferrara isə ilk dəfə bu qədər açıq və sərt reaksiya verib.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr