"Real"ın futbolçusu Kilian Mbappenin mədə xəstəliyinin səbəbi üzə çıxıb.
QOL.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. 26 yaşlı hücumçu qida zəhərlənməsi yaşayıb.
Mbappe iyun ayının sonlarında qastroenterit səbəbindən ABŞ-dakı klublararası dünya çempionatının qrup mərhələsində oynaya bilməyib. O, ABŞ-da xəstəxanaya yerləşdirilib və 1 gün sonra evə buraxılıb.
Bildirilir ki, forvardın pisləşməsinin ilk versiyası istilik vurması idi. Lakin testlər Mbappenin xəstələnməsinə toyuq ətindəki bakteriyaların səbəb olduğunu aşkar edib. Qeyd olunur ki, xəstəlik zamanı futbolçu 6 kiloqram arıqlayıb.