Şəki-Oğuz avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yolun Şəki rayonunun Oraban kəndi ərazisindən keçən hissəsində 1981-ci il təvəllüdlü Sarvan İmamverdiyevin idarə etdiyi 48-BC-127 nömrə nişanlı VAZ-2112 markalı avtomobil ilə 1967-ci il təvəllüdlü Rəşid Umarovun idarə etdiyi 77-DA-415 nömrə nişanlı "Toyota" markalı maşın toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində Sarvan İmamverdiyevin idarə etdiyi avtomobildəki iki sərnişin xəsarət alıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta