AZ

17 ildən sonra İLK – Makrondan Britaniyaya gözlənilməz ÇAĞIRIŞ

Fransa prezidenti Emmanuel Makron Londonda İcmalar Palatasının və Lordlar Palatasının üzvləri qarşısında çıxış edərək Britaniyanı Fələstin dövlətini tanımağa çağırıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Fransa liderinin 2008-ci ildən bəri Britaniyaya ilk dövlət səfərinin başlanğıcında Makron Yaxın Şərqdəki gərginlik və ABŞ-ın dəstəyi ilə bağlı qeyri-müəyyənlik şəraitində əməkdaşlığın vacibliyini vurğulayıb.

“Bu gün Fələstin dövlətini tanımaq və bu siyasi sürəti işə salmaq üçün birlikdə çalışmaq sülhə aparan yeganə yoldur”,- deyən Makron, London və Parisin məsələ ilə bağlı məsləhətləşmələri davam etdirdiyini bildirib.

Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr