AZ

Karyeramı sonlandırmağımı istəyirdilər Conni Depp

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hollivud ulduzu Conni Depp keçmiş xanımı, aktrisa Ember Hördlə qalmaqallı boşanma çəkişmələrində rastlaşdığı əngəllərdən danışıb.

Axşam.az xəbər verir ki, o, "Fantastik heyvanlar" filminin çəkilişlərindən qovulduğunu belə xatırlayır:

"Sözün əsl mənasında hər şey bir saniyə içində bitdi. Çəkilişin tam ortasında mənə dedilər ki, sənin getməyini istəyirik. Amma mən bilirdim ki, onlar ümumiyyətlə məndən karyeramı sonlandırmağımı gözləyirdilər".

C.Depp bunun onu sarsıtmadığını əlavə edib:

"Söyüş söydüm. Bu, məni məhv etməyəcək. Məni artıq yaşadığımdan daha çox incidə biləcəyinizi düşünürsənsə, çox yanılırsınız dedim. Rolumdan istefa verməyimi xahiş etdilər və bu tələbə hörmətlə yanaşıb razılaşdım".

Qeyd edək ki, "Fantastik canavarlar" filmindən imtina etməli olan Deppi aktyor Mads Mikkelsen əvəz edib.

Onu da qeyd edək ki, Ember və Conni 18 aylıq evlilikdən sonra 2017-ci ildə boşanıb. Uzun illər davam edən məhkəmədə aktrisanın Conni barəsində zorakılıq iddialarını ortaya atmasından sonra aktyorun karyerasında fasilə yaranmış, bir çox film şirkətləri onunla əməkdaşlıqdan boyun qaçırmış, müqavilələrə xitam vermişdilər.

Lakin daha sonra Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
axsam.az

1Mənbələr