AZ

Şəfa Əlizadə vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünasalıq və daşınmaz əmlakın kadastrı kafedrasının laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Teleqraf-a BDU-dan məlumat verilib.

Bildirilib ki, Şəfa Əlizadə 1986-cı il sentyabrın 9-da Salyan rayonunda anadan olub. 1993–2004-cü illərdə 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. 2009-cu ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 2011-ci ildə magistratura pilləsini bitirib.

2011-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktoranturaya qəbul olub, 2017-ci ildə “Muğan düzü torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi” mövzusunda dissertasiya müdafiə edərək, biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2012–2015-ci illərdə AMEA-da elmi işçi və laborant işləyib.


Şəfa Əlizadə 2015-ci ildən BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında laboratoriya müdiri vəzifəsində çalışırdı. Onun tədqiqat sahəsi torpaqşünaslıq və torpaq ekologiyası idi.


Seçilən
29
21
news24.az

10Mənbələr