AZ

Azərbaycanda çempionatı tərk edən komanda fəaliyyətini dayandırır?

«Lerik»in prezidenti Famil Məmmədovun klubun fəaliyyətini dayandırması yönündə sosial şəbəkələrdəyayılan xəbərlərə münasibət bildirib.

Cənub təmsilçisinin rəhbəri Sportinfo.az-a açıqlama verərək, bu söz-söhbətlərin əsassız olduğunu bildirib.

Onun dediyinə görə, komanda II Liqanı tərk etsə də, Region Liqasında yarışacaq.

İki il öncə «Lerik»i yaratmış F.Məmmədov yenidən bir liqaya vəsiqə qazanmaq üçün mübarizə aparacaqlarını söyləyib.

Başqan kollektivin növbəti mövsüm uğurlu çıxış eləməsi üçün sponsor axtarışında olduqlarını da vurğulayıb.

«Lerik» II Liqada normal sezonu 13-cü pillədə başa vurub. Vidadi Məmmədovun çalışdırdığı komanda pley-off oyununda «Şirvan»a 2:3 hesabıyla uduzaraq, Region Liqasına yuvarlanıb.

Seçilən
4
sportinfo.az

1Mənbələr