Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. O, Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Dila” (Gürcüstan) - “Rasinq Union” (Lüksemburq) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta