AZ

Ortaya çıxan problemlər tərəfdaşlıq yolu ilə həll edilməlidir – Zaxarova

 

Biz Azərbaycan tərəfi ilə, o cümlədən hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq. 

 

Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bunu iyulun 9-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rusiyalı jurnalistlərin saxlanması ətrafında yaranmış vəziyyətdən sonra Rusiya Federasiyasının Azərbaycanla münasibətlərin normallaşdırılması perspektivlərini necə dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən deyib.

 

“Biz əminik ki, bütün ortaya çıxan problemlər mövcud siyasi və diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq yolu ilə həll edilməlidir. Məhz bu yanaşma faktiki olaraq ölkələrimizin, xalqlarımızın  maraqlarına xidmət edir”, Zaxarova qeyd edib.

 

Elcan

Missiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr