AZ

“Zirə”nin “Hayduk”la cavab matçı italyanlara tapşırıldı

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”a qarşı Xorvatiyada keçirəcəyi cavab oyununa hakim təyinatı açıqlanıb.

Msport.az xəbər verir ki, iyulun 31-də Splitdə baş tutacaq matçı italiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Luka Payrettoya yan xətt hakimləri Cüzeppe Perrotti və Xaled Bahri köməklik edəcək. Dördüncü hakim isə Paride Tremolada olacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 23-də Bakıda reallaşacaq.

Seçilən
25
msport.az

1Mənbələr