AZ

Çürük başları vətəndaşa yedizdirəcəkdilər!

Türkiyənin Bursa şəhərinin Gemlik rayonunda yerləşən "BAĞ-KUR" Sənaye saytındakı boş bir təmirxanadan pis qoxu gəldiyi barədə edilən şikayətlərdən sonra Gemlik Bələdiyyəsinin polis  əməkdaşları əraziyə baxış keçirib.

News24.az xəbər verir ki, çilingərin köməyi ilə açılan təmirxanada paletlər arasında üst-üstə yığılmış çox sayda iri buynuzlu heyvan başı aşkarlanıb. Məlum olub ki, bu heyvan başları Qurban bayramı zamanı toplanıb və gigiyenik olmayan şəraitdə saxlanılıb. Nəticədə onların çürüdüyü müəyyən edilib.

Çürümüş heyvan başlarının  satılmaq üçün saxlanıldığı bildirilir. Məhsullara dərhal əl qoyularaq məhv edilməsi üçün tədbirlər görülüb.

Gemlik Respublika Prokurorluğu tərəfindən məsələ ilə bağlı “İstehlaka yararsız, dəyişdirilmiş və sağlamlıq üçün təhlükəli qida məhsulunun satışı və ya bu məqsədlə saxlanılması” maddəsi ilə cinayət işi açılıb.


Xeyrənsə Piriyeva


Seçilən
26
1
news24.az

2Mənbələr