Tayvanın illik Hanguang hərbi təlimi iyulun 9-da başlayıb. O, həmişəkindən iki dəfə artıq olmaqla on gün davam edəcək və rekord sayda 20.000 ehtiyatda olan hərbçi iştirak edir.
“Bloomberg” xəbər verir.
Təlim adətən cəmi beş gün davam etsə də, iyulun 18-dək davam edəcək.
Bundan əvvəl Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampla telefon danışığında ABŞ-ı Tayvan məsələsinə ehtiyatlı yanaşmağa çağırıb.