ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ukrayna Xarici işlər naziri Andrey Sibiqa Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarovanın istefasını təsdiqləyib.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Sibiqa Markarovanı “Ukrayna diplomatiyasının ən uğurlu nümayəndələrindən biri” adlandırıb. O, bu barədə Ukrayna radiosuna müsahibəsində bildirib.
Ona Ukraynanın yeni səfirlərinin mümkün təyinatları barədə də sual verilib.
"Mən sizə təsdiq edirəm ki, Ukrayna Prezidentinin vizyonu həm G7-nin, həm də G20-nin bütün ölkələrində rotasiya həyata keçirməkdir. Yəni, ilk növbədə, bu ölkələrdə, o cümlədən ABŞ-də nümayəndəlikləri gücləndirməkdir. Ona görə də bu, həqiqətən də indi gündəmdədir" deyə, bildirib.
Nazirin sözlərinə görə, Ukrayna Prezidenti 20-yə yaxın ölkədə Ukraynanın yeni səfirlərini təyin edəcək.
Bundan əvvəl Sibiqa bildirib ki, Zelenski artıq bəzi xarici qurumların rəhbərlərini dəyişdirmək üçün “müəyyən kadr qərarları” qəbul edib və iyulda bunların reallaşması gözlənilir.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.