AZ

Qısa müddətli əmanətlərə daha çox vergi gəlir

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

Türkiyədə iqtisadi idarəetmə, milli valyutada (TL) uzunmüddətli investisiyaları təşviq etmək məqsədilə əmanət gəlirlərinə tətbiq olunan stopaj (gəlir vergisi) dərəcələrini artırıb. Qərar bu gün etibarilə qüvvəyə minib və rəsmi qəzetdə dərc olunub.

News24.az xəbər verir ki, buna əsasən, qısamüddətli – 6 aya qədər olan əmanət gəlirlərindən tutulan vergi dərəcəsi 15%-dən 17,5%-ə yüksəldilib. 1 ilədək olan əmanətlərdə isə bu göstərici 12%-dən 15%-ə qaldırılıb. Bu, Türkiyə tarixində stopaj (gəlir vergisi) üzrə ən yüksək rəqəmlərdən biridir.

Mütəxəssislər bildirirlər ki, bu addım xüsusilə pulunu qısa müddətli saxlayan və yüksək faiz gəliri əldə etməyə çalışan vətəndaşları mənfi təsir edə bilər. Yeni qərarlar mövcud hesabları əhatə etmədiyi üçün, bir çox investor artıq açılmış əmanətlərdə əvvəlki vergi rejimini qoruyacaq.

Qısa müddətdə daha çox gəlir axtaranlar üçün isə vergi yükü artdığına görə, investisiya qərarlarında dəyişikliklər baş verə bilər.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
news24.az

2Mənbələr