Amerikalı iş adamı İlon Mask açıqladığı “Amerika Partiyası”nın prioritetinin Ceffri Epşteyn işi ilə bağlı faylları ictimaiyyətə çatdırmaq olacağını bildirib.
Mask, partiyanın prioritetinin qızlara cinsi istismar etmək və “Epstein Files” olaraq bilinən fahişəlik şəbəkəsi idarə etmək ittihamı ilə həbs edilən və kamerasında ölü tapılan milyarder Ceffri Epşteynin işi ilə bağlı faylları ictimaiyyətə açıqlamaq olacağını bildirib. Mask ABŞ prezidenti Donald Trampı “Epstein faylları” ilə bağlı da tənqid edərək, “Tramp “Epstein faylları”nı açıqlamasa, insanlar ona necə etibar edə bilər?”
Keçən ay Mask “Epstein faylları”nda Trampın da adının olduğunu iddia edən bir paylaşım dərc etmişdi, lakin sonradan bu postu silmişdi.
***
Vergilərin azaldılması ilə bağlı mübahisəli qanun layihəsinə görə prezident Donald Trampla fikir ayrılığına düşmüş İlon Mask iyunun əvvəlində “Amerika Partiyası” adlı yeni siyasi partiya yaratmaq ideyasını ilk dəfə açıq şəkildə paylaşmışdı.
“X”də yeni partiya yaratmaq ideyası ilə bağlı sorğu keçirən Mask, “Xalq danışdı. ABŞ-da orta 80 faizi təmsil edən yeni bir siyasi partiyaya ehtiyacımız var. İnsanların tam 80 faizi razıdır. Bu, qismətdir”, – deyib.
Mask iyulun 5-də yazdığı bir yazıda sorğunun nəticələrinə də işarə edərək, “Bu gün “Amerika Partiyası” sizə azadlığınızı geri vermək üçün yaradılıb”, – deyib.
***
ABŞ prezidenti Tramp, o vaxtdan bəri Ağ Evi tərk edən və Konqresin gündəliyindəki vergilərin azaldılması qanun layihəsini sərt şəkildə tənqid edən iş adamı Maskın açıqlamalarından dərin məyus olduğunu bildirib.
Tramp, “İlonla aramızda çox yaxşı münasibət var idi, amma bu münasibətin artıq yaxşı getdiyini bilmirəm. Ona çox kömək etsəm də, İlondan çox məyus oldum”, – demişdi.
Donald Trampın öz hesabından şərhlərinə cavab verən Mask, “Mən olmasaydım, Tramp seçkiləri uduzardı. Demokratlar Nümayəndələr Palatasına nəzarət edərdi, Respublikaçılar isə Senatda 51-49 səs çoxluğuna sahib olardılar”, – şərhini vermişdi.