ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin tanınmış iş adamı İlon Mask Prezident Donald Tramp ilə yollarını ayırdıqdan sonra yeni qurduğu “Amerika Partiyası” haqqında ilk açıqlamasını verib.
Mask "X" üzərindən verdiyi açıqlamada partiyasının əsas prioritetinin “Epşteyn sənədləri" olduğunu bildirib.
Mask milyarder Cefferi Epşteynin azyaşlı qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə istintaq altında olduğu zaman həbsxanada müəmmalı şəkildə ölməsi ilə bağlı sənədlərin ictimaiyyətə açıq şəkildə təqdim edilməsinin “Amerika Partiyası”nın birinci vəzifəsi olduğunu qeyd edib.
O, həmçinin bu mövzuda ABŞ Prezidenti Donald Trampı da açıq şəkildə tənqid edib.
"Əgər Tramp Epşteyn sənədlərini açıqlamasa, xalq ona necə etibar edə bilər?", -deyə Mask bildirib.
Xatırladaq ki, Mask ötən ay etdiyi paylaşımda Trampın adının "Epşteyn sənədləri"ndə yer aldığını iddia etmiş, lakin bu paylaşımını sonradan silmişdi.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.